Naxçıvan Dövlət Texniki Kollecinin müəllimləri tələbələr ilə birlikdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə Heydər Əliyev Muzeyində ekskursiyada olmuşlar.
29 oktyabr 2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Texniki fənlər birləşməsi komissiyasının və Təbiət və texniki fənlər birləşməsi komissiyasının müəllimləri tələbələr ilə birlikdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə Heydər Əliyev Muzeyində ekskursiyada olmuşlar.
Ekskursiya zamanı muzey bələdçisi, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair geniş məlumat verərək, onun Naxçıvan Muxtar Respublikasının inkişafına verdiyi töhfələrdən, Azərbaycanın müstəqilliyinin qorunmasında və dövlətçiliyin möhkəmləndirilməsində oynadığı mühüm roldan bəhs edib. Həmçinin Heydər Əliyevin Naxçıvanın sosial-iqtisadi inkişafına və milli dəyərlərin qorunmasına göstərdiyi qayğı vurğulanıb. Ekskursiya iştirakçıları muzeydə nümayiş olunan eksponatlar, fotoşəkillər və sənədlərlə yaxından tanış olub, ümummilli liderin həyat yolunu əks etdirən əşyalar haqqında məlumat əldə ediblər.
Bu ekskursiya tələbələrə Heydər Əliyevin mirasının və Naxçıvan Muxtar Respublikasının tarixinin daha dərindən öyrənilməsi üçün bir fürsət olub və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.