Xəbərlər

29 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Tələbə Elmi Cəmiyyəti üzvləri tərəfindən "Mən Gəncəm" mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Slide 1
Slide 2
Slide 3

29 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Tələbə Elmi Cəmiyyəti üzvləri tərəfindən "Mən Gəncəm" mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

29 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Tələbə Elmi Cəmiyyəti üzvləri tərəfindən "Mən Gəncəm" mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirin məqsədi gənclərin inkişafı, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakı və milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi olub.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov, gənclərin ölkənin gələcəyində mühüm rol oynadığını və bu səbəbdən onların təhsilinin, tərbiyəsinin və vətənpərvərliyinin böyük əhəmiyyət kəsb etdiyini qeyd etmişdir. O, çıxışında gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasının və müasir biliklərə yiyələnmələrinin vacibliyini vurğulamışdır. Asəf Ruşanov, həmçinin gənclərin elmi tədqiqatlara maraq göstərmələrinin və cəmiyyətin müxtəlif sahələrində liderlik qabiliyyətlərini inkişaf etdirmələrinin önəmini qeyd etmişdir.

Daha sonra tədbirdə müxtəlif çıxışlar dinlənilmiş və "Mən Gəncəm" mövzusu ətrafında müzakirələr aparılmışdır. Tədbirdə çıxış edən digər iştirakçılar, gənclərin cəmiyyətin gələcəyini formalaşdırma potensialı və onların bu yöndə göstərməli olduqları təşəbbüslərdən bəhs etmişdir. Gənclərin milli dəyərlərə sadiq qalaraq elmi və sosial sferalarda fəaliyyət göstərmələrinin vacibliyi vurğulanmışdır. Tədbir iştirakçıları arasında fikir mübadiləsi aparılmış və bu sahədə gələcək planlar müzakirə olunmuşdur.

Tədbirin sonunda isə tələbələrin sualları cavablandırılmış və onların maraq göstərdikləri mövzular ətrafında geniş söhbətlər aparılmışdır. Bu tədbir, gənclərin elmi inkişafına töhfə verməklə yanaşı, onların gələcək fəaliyyətlərinə istiqamət vermək məqsədini daşıyırdı.