Xəbərlər

30.10.2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Humanitar fənn birləşməsi komissiyasının müəllimi tərəfindən "Yenidənqurma İşlərində Tətbiq Olunan Layihələr"mövzusunda açıq dərs təşkil olunmuşdur

Slide 1

30 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Humanitar fənn birləşməsi komissiyasının müəllimi tərəfindən "Yenidənqurma İşlərində Tətbiq Olunan Layihələr" mövzusunda açıq dərs təşkil olunmuşdur. Tədbirdə kollecin direktoru Asəf Ruşanov çıxış edərək, bu cür tədbirlərin tələbələrin bilik səviyyəsini artırmaqla yanaşı, onların gələcək peşə həyatına da müsbət təsir göstərəcəyini vurğulamışdır.

Direktor Asəf Ruşanov, kollec rəhbərliyinin tədris prosesində innovativ yanaşmalara hər zaman önəm verdiyini və tələbələrin gələcək peşəkar inkişafı üçün belə təcrübələrin zəruriliyini qeyd etmişdir. O, həmçinin, müəllimlərin bu tip layihə əsaslı dərslərlə tədris prosesinə öz töhfələrini verdiyini bildirib.