Xəbərlər

30 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində kollecin Tələbə Həmkarlar İttifaqı tərəfindən "Yaradıcılığın Yaşıllığı: Maket Ustalığı" adlı yarışma təşkil olunmuşdur.

Slide 1
Slide 2
Slide 3
Slide 4

30 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində kollecin Tələbə Həmkarlar İttifaqı tərəfindən "Yaradıcılığın Yaşıllığı: Maket Ustalığı" adlı yarışma təşkil olunmuşdur.

30 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində kollecin Tələbə Həmkarlar İttifaqı tərəfindən "Yaradıcılığın Yaşıllığı: Maket Ustalığı" adlı yarışma təşkil olunmuşdur. Bu tədbir tələbələrin yaradıcılıq potensialını ortaya çıxarmaq, ekoloji şüuru artırmaq və onlara maket ustalığı sahəsində praktiki biliklər qazandırmaq məqsədini güdür.

Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Asəf Ruşanov, yarışmanın əhəmiyyətini vurğuladı. O, iştirakçılara uğurlar arzulayaraq, bu cür təşəbbüslərin tələbələrin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməklə yanaşı, ekoloji problemlərə diqqət çəkmək baxımından da əhəmiyyətli olduğunu qeyd etdi. Direktor, “Maket ustalığı, tələbələrə ideyalarını gerçəkləşdirmək imkanı tanımaqla yanaşı, onların ətraf mühitə olan münasibətini də formalaşdırır. Biz gənclərin ekoloji problemlərlə bağlı daha fəal olmalarını istəyirik,” - dedi.

Yarışma boyunca iştirakçılar yaradıcılıqlarını nümayiş etdirərək, müxtəlif materiallardan yaradılmış maketlər təqdim etdilər. Sonda qalib komandalar diplomla təltif olundu. Kollecin direktoru Asəf Ruşanov, qalibləri təbrik edərək, onların gələcək fəaliyyətlərində müvəffəqiyyət arzuladı və yarışmaya qatılan bütün tələbələrə təşəkkür etdi.

Bu cür tədbirlər, tələbələrin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməklə yanaşı, onları ekoloji problemlərə həssas, vətənpərvər və cəmiyyətə faydalı vətəndaşlar kimi yetişdirmək məqsədini daşıyır. Naxçıvan Dövlət Texniki Kolleci, bu cür layihələri davamlı olaraq həyata keçirərək, gənclərin inkişafına dəstək verməyə davam edəcək.