Xəbərlər

30 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Kənd təsərrüfatı və iqtisadiyyat birləşməsi komissiyası müəllimləri tərəfindən COP 29 ilə bağlı tədbir keçirilmişdir.

Slide 1
Slide 2
Slide 3

30 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Kənd təsərrüfatı və iqtisadiyyat birləşməsi komissiyası müəllimləri tərəfindən COP 29 ilə bağlı tədbir keçirilmişdir.

30 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Kənd təsərrüfatı və iqtisadiyyat birləşməsi komissiyası müəllimləri tərəfindən COP 29 ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə ekologiya, davamlı inkişaf və iqlim dəyişikliyi mövzuları ətrafında müzakirələr aparıldı.

Tədbiri kollecin direktoru Asəf Ruşanov açaraq, iqlim dəyişikliyinin qlobal təsirləri, COP 29-un əhəmiyyəti və bu kimi beynəlxalq tədbirlərin ekologiya və ətraf mühitin qorunması sahəsində yaratdığı imkanlar haqqında məlumat verdi. O, tələbələrə bu mövzuda bilik və məlumatlarını artırmağın əhəmiyyətini vurğuladı və iqlim dəyişikliyinə qarşı mübarizədə hər kəsin üzərinə düşən məsuliyyətdən bəhs etdi.

Tədbirdə Kənd təsərrüfatı və iqtisadiyyat birləşməsi komissiyasının müəllimləri iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri, davamlı inkişafın zəruriliyi və resursların səmərəli istifadəsi mövzularında təqdimatlar keçirdilər. Müzakirələr zamanı tələbələr iqlim problemləri və onların həlli yolları ilə bağlı öz fikirlərini bölüşərək, təkliflər səsləndirdilər.

Bu cür maarifləndirici tədbirlər tələbələrin qlobal problemlər haqqında məlumatlandırılması və ekoloji biliklərinin artırılmasına töhfə verir, eyni zamanda onları davamlı inkişaf prinsiplərinə sadiq vətəndaşlar kimi yetişdirir.