30 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Xarici dillər fənn birləşməsinin müəllimi tərəfindən 44 günlük Vətən müharibəsinə həsr olunmuş açıq dərs keçirilmişdir.
30 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Xarici dillər fənn birləşməsinin müəllimi tərəfindən 44 günlük Vətən müharibəsinə həsr olunmuş açıq dərs keçirilmişdir.
Dərs zamanı müəllimə çıxış edərək, 44 günlük müharibənin Azərbaycan xalqı üçün tarixi və mənəvi əhəmiyyətindən danışmış, bu qələbənin hər bir azərbaycanlının qəlbində xüsusi yer tutduğunu vurğulamışdır. O, tələbələri vətənpərvərlik ruhunda maarifləndirməyin önəmini qeyd edərək, gənc nəsilə Vətən sevgisi aşılamanın vacib olduğunu bildirmişdir. Müəllimin çıxışından sonra tələbələrə müharibə dövrünü əks etdirən video təqdimat nümayiş etdirilmişdir. Bu video təqdimat tələbələrdə dərin təəssürat yaratmış və onlarda qürur hissi oyatmışdır.
Açıq dərsdə Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov da çıxış edərək, 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqı və dövlətimiz üçün tarixi əhəmiyyətindən bəhs etmişdir. O, şəhidlərin və qazilərin göstərdiyi qəhrəmanlıqların hər zaman xatırlanacağını və gənc nəsil üçün vətənpərvərlik nümunəsi olduğunu vurğulamışdır. Direktor belə tədbirlərin tələbələrin milli ruhunun yüksəldilməsi və tariximizin yaddaşlarda daim canlı saxlanılması baxımından əhəmiyyətini qeyd edərək, açıq dərsin təşkili üçün təşəkkürünü bildirmişdir.
Dərsin davamında tələbələr də öz təəssürat və düşüncələrini bölüşərək, Azərbaycan Ordusunun qəhrəmanlıq nümunələrini və vətən sevgisini vurğulamış, öz çıxışlarında vətənə olan bağlılıqlarını ifadə etmişlər. Tələbələr, ölkəmizin əldə etdiyi tarixi qələbənin Azərbaycan xalqının birliyi və gücü sayəsində mümkün olduğunu bildirərək, şəhidlərimizin xatirəsini daim yaşatmağın və qazilərimizə dəyər verməyin hər bir gəncin borcu olduğunu vurğulamışlar.
Bu cür açıq dərslər, gənclərin milli vətənpərvərlik ruhunun yüksəldilməsinə və ölkəmizin tarixinin daha dərindən dərk edilməsinə mühüm töhfə verməkdədir.