Xəbərlər

30.10.2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Humanitar fənn birləşməsi komissiyasının təşkilatçılığı iləesse müsabiqəsinin qalibləri diplomlarla təltif edildilər.

Slide 1

30 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Humanitar fənn birləşməsi komissiyasının təşkilatçılığı ilə "Şəhidlər ölməz, Vətən bölünməz" adlı esse müsabiqəsinin qalibləri diplomlarla təltif edildilər. Müsabiqə şəhidlərimizin əziz xatirəsinə hörmət əlaməti olaraq və tələbələrin vətənpərvərlik ruhunu yüksəltmək məqsədi ilə keçirilib.

Təltifetmə mərasimində kollecin direktoru Asəf Ruşanov qalibləri şəxsən təbrik edərək, onlara diplomlarını təqdim etdi. O, tələbələrin vətənpərvərlik mövzusunda düşüncələrini esse şəklində ifadə etmələrini yüksək qiymətləndirərək, belə təşəbbüslərin gənclərin milli dəyərlərə bağlılığını möhkəmləndirdiyini vurğuladı.