30 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Kitabxana müdiri tələbələr ilə Hüseyn Cavidin ev mizeyində ekskursiyada olmuşlar.
30 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Kitabxana müdiri tələbələr ilə Hüseyn Cavidin ev mizeyində ekskursiyada olmuşlar.
Ekskursiya Naxçıvan Muxtar Respublilasının 100 illik yubileyinə və repressiya qurbanlarının xatirəsinə həsr olunub.
Ekskursiya çərçivəsində tələbələr Hüseyn Cavidin ev-muzeyini və məzarını ziyarət etdilər. Tələbələr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Hüseyn Cavidin həyat və yaradıcılığı, eləcə də repressiya dövrünün ağrılı səhifələri haqqında ətraflı məlumat əldə etdilər. Tədbir, gənc nəslin tarixi şəxsiyyətlərin irsinə, ölkənin mədəniyyətinə və tarixinə daha dərindən bələd olması məqsədi ilə həyata keçirilib.
Bu ziyarət, tələbələrin milli dəyərlərə bağlılığını gücləndirmək və vətənpərvərlik hisslərini daha da artırmaq baxımından əhəmiyyətli olmuşdur. Naxçıvan Dövlət Texniki Kolleci, belə tədbirlərlə gənc nəslə milli və mənəvi dəyərləri aşılamağa davam edəcək.