Xəbərlər

30 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəllimləri açıq dərs keçirdi.

Slide 1
Slide 2

30 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəllimləri açıq dərs keçirdi.

30 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəllimləri və III kurs “Telekommunikasiya və kompüter sistemlərində informasiya təhlükəsizliyi” ixtisası tələbələrinin iştirakı ilə “İşğaldan azad edilmiş ərazilərdə ekologiyanın dünəni və bugünü” mövzusunda açıq dərs keçirildi.

Tədbiri giriş sözü ilə kollecin direktoru Asəf Ruşanov işğaldan azad edilmiş ərazilərdə ekologiyanın bərpası və əhəmiyyətinə toxundu. O, qeyd etdi ki, bu mövzu ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır və gənclərimizin ekoloji biliklərinin artırılması istiqamətində vacib addımlardan biridir.

Daha sonra, Texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəllimləri çıxış edərək, mövzunun müxtəlif aspektlərini izah etdilər və tələbələrə ekoloji problemlərin həllində şəxsi töhfələrinin əhəmiyyətini vurğuladılar. Açıq dərsin sonunda mövzuya dair hazırlanmış video çarx nümayiş olundu, bu isə iştirakçılarda dərin təəssüratlar oyatdı.

Naxçıvan Dövlət Texniki Kolleci ekoloji təhsilə xüsusi önəm verərək, gənclərin ekoloji düşüncəsini formalaşdırmaq üçün gələcəkdə də bu kimi tədbirləri davam etdirməyi planlaşdırır.