Xəbərlər

25 oktyabr 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında "Vətən naminə" adlı hərbi-idman oyunu keçirilib.

Slide 1
Slide 2
Slide 3
Slide 4

25 oktyabr 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında "Vətən naminə" adlı hərbi-idman oyunu keçirilib.

25 oktyabr 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında "Vətən naminə" adlı hərbi-idman oyunu keçirilib. Gənclər və İdman Nazirliyi və Əlahiddə Ümumqoşun Ordu tərəfindən birgə təşkil edilən bu yarış gənclərin hərbi və fiziki hazırlığını artırmaq, onların vətənpərvərlik ruhunu gücləndirmək məqsədi daşıyıb.

Yarışda 5 komanda iştirak edib və iştirakçılar müxtəlif hərbi-idman mərhələlərində bacarıqlarını nümayiş etdiriblər. Komandalar 50 metr məsafəyə qum kisələri ilə qaçış, avtomatın natamam sökülüb-yığılması, tüfəngdən hədəfə atəş açma, maneələrin dəf olunması və sanitarların yarışı kimi mərhələlərdə müvafiq tapşırıqları yerinə yetiriblər. Bu mərhələlər gənclərin çevikliyi, gücü və hərbi biliklərini sınamağa imkan yaradıb.

Gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən, Naxçıvan Dövlət Texniki Kollecinin komandası ən yüksək nəticəni göstərərək 1-ci yerə layiq görülüb.

Oktyabrın 28-də isə qaliblər kollec kollektivi qarşısında təntənəli şəkildə təltif edilib. Təltifetmə mərasimində Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov qalib komandanı Fəxri Fərman və medallarını təqdim edərək onlara gələcək nailiyyətlərində uğurlar arzulayıb. Bu mükafatlar gənclərin vətənpərvərlik ruhunu gücləndirərək, onlarda hərbi-idman sahəsinə marağı artırıb.