25 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 1974-1977-ci illərin məzunları ilə unudulmaz bir görüş təşkil olunub.
25 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 1974-1977-ci illərin məzunları ilə unudulmaz bir görüş təşkil olunub. Tədbirdə çıxış edən kollecin direktoru Asəf Ruşanov məzunları səmimi şəkildə salamlayıb və belə bir görüşün təşkil olunmasının əhəmiyyətini vurğulayıb. O, məzunlara dərin minnətdarlığını bildirərək, kollecin keçmiş məzunlarının bugünkü uğurları ilə qürur duyduqlarını qeyd edib. Direktoru, bu cür görüşlərin kollecin tarixinin və ənənələrinin yaşadılması üçün önəmli olduğunu bildirib.
Görüş zamanı məzunlar tələbəlik illərinə səyahət edərək, bir-birindən maraqlı xatirələrini bölüşüblər. Onlar kollecdə aldıqları təhsilin və burada qazandıqları bilik və bacarıqların həyatlarına müsbət təsir etdiyini vurğulayıblar. Kollecin formalaşdırdığı dostluq bağları, tələbəlik illərindəki təcrübələr və burada keçirilən unudulmaz anlar haqqında danışaraq, kollecin onların həyatında önəmli bir yer tutduğunu qeyd ediblər.
Tədbirin sonunda iştirakçılar birgə xatirə şəkilləri çəkdirərək, bu görüşün xatirəsini əbədiləşdiriblər. İştirakçılar üçün bu, gənclik illərini xatırlamaq və keçmiş dostlarla yenidən bir araya gəlmək üçün dəyərli bir fürsət olub.
Asəf Ruşanov çıxışında belə görüşlərin ənənəvi olaraq təşkil olunmasının vacibliyini vurğulayıb. O, kollecin gələcəkdə də məzunlarla əlaqələrin daha da möhkəmləndirilməsi üçün tədbirlər həyata keçirəcəyini qeyd edib. Bu görüşün, həm kollecin tarixinə yenidən nəzər salmaq, həm də yeni nəsil tələbələr üçün ilham mənbəyi olmaq baxımından xüsusi önəm daşıdığı bildirilib.
Bu tədbir, Naxçıvan Dövlət Texniki Kollecinin keçmiş məzunları ilə möhkəm əlaqələr qurmaq, kollecin tarixini yaşatmaq və yeni nəsil tələbələrə kollecin dəyərini və ənənələrini çatdırmaq məqsədi ilə təşkil olunmuşdur.