Xəbərlər

25 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecin Təbiət və Texniki Fənlər Birləşməsi komissiyasının müəllimləri şəhidimiz Baş leytenant Qasımov İbrahimin məzarını ziyarət ediblər.

Slide 1
Slide 2

25 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecin Təbiət və Texniki Fənlər Birləşməsi komissiyasının müəllimləri şəhidimiz Baş leytenant Qasımov İbrahimin məzarını ziyarət ediblər. Ziyarətdə müəllimlər şəhidimizin ailə üzvləri və tələbələrlə birlikdə iştirak ediblər. Ziyarət zamanı əvvəlcə şəhidimizin ruhuna dualar oxunub, daha sonra məzarı önünə gül dəstələri düzülüb. Ziyarət zamanı çıxış edən müəllimlər şəhidimiz Qasımov İbrahimin vətənə xidmət yolundan, göstərdiyi igidliklərdən və qəhrəmanlıq dolu həyat yolundan danışıb, tələbələrə onun nümunəvi əsgər və vətəndaş obrazını tanıtdırıblar. Onlar qeyd ediblər ki, şəhidlərimiz xalqımızın qürur mənbəyidir və onların xatirəsini yaşatmaq hər birimizin borcudur.

Ziyarətin sonunda şəhidimizin ailə üzvləri gənclərə şəhidin həyat və döyüş yolu haqqında məlumat verərək, onun vətən sevgisi ilə dolu bir insan olduğunu vurğulayıblar.