Xəbərlər

25 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən maarifləndirici tədbir keçirilib.

Slide 1
Slide 2
Slide 3
Slide 4

25 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən maarifləndirici tədbir keçirilib.

25 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən maarifləndirici tədbir keçirilib. Tədbirin əsas məqsədi ailə, qadın və uşaq problemləri, onların həlli yolları və bu mövzularda cəmiyyətin məlumatlandırılması olub.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov, bu mövzuların aktuallığını vurğulayaraq, gənclərin bu sahələrdə məlumatlı olmasının vacibliyindən bəhs edib. O, cəmiyyətin əsas dayaq nöqtələrindən biri olan ailənin qorunmasının, qadın hüquqlarının təmin edilməsinin və uşaqların təhlükəsizliyinin vacibliyini diqqətə çatdırıb.

Daha sonra kollecin müəllimi tərəfindən tələbələrə ailə içində düzgün münasibətlərin qurulması, qadınların cəmiyyətdəki rolu, uşaq hüquqları və onların müdafiəsi mövzularında məlumat verilib. Bu çıxışda ailədə yaranan problemlərin həlli yolları, qadın və uşaqların hüquqlarının qorunması və mövcud qanunlar haqqında ətraflı məlumatlar təqdim edilib.

Tədbirin sonunda Komitənin əməkdaşları tərəfindən hazırlanmış videomaterial nümayiş olunub. Videoda ailə daxili münasibətlərin düzgün qurulması, qadınlara və uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün maarifləndirici məlumatlar, həmçinin mövcud qanunvericilik bazası barədə ətraflı məlumatlar yer alıb. Bu videomaterial vasitəsilə tələbələrə mövzunun əhəmiyyəti və hər bir fərdin cəmiyyətdəki məsuliyyəti aydın şəkildə çatdırılıb.