24 oktyabr 2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecin Xarici Dillər fənn birləşməsi komissiyasının müəllimi tərəfindən Xatirə Muzeyinə ekskursiya təşkil olunub.
24 oktyabr 2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecin Xarici Dillər fənn birləşməsi komissiyasının müəllimi tərəfindən Xatirə Muzeyinə ekskursiya təşkil olunub. Ekskursiya zamanı muzey bələdçisi tələbələrə muzeyin eksponatları və tarixi əhəmiyyəti barədə məlumat verib. Tələbələr muzeyin müxtəlif bölmələrini gəzərək, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəmanların xatirəsini əks etdirən materiallarla tanış olublar.
Bələdçi, müstəqillik mübarizəsi, tarixi şəxsiyyətlər və onların ölkə tarixindəki rolu haqqında da ətraflı danışıb. Tələbələr ekskursiyanı maraqlı və faydalı hesab edərək, gələcəkdə belə tədbirlərin daha çox təşkil olunmasını arzuladıqlarını bildirdilər. Bu cür ekskursiyalar, gənclərin tarix biliklərinin artırılması və milli dəyərlərin aşılanması baxımından mühüm əhəmiyyət kəsb edir.