2024-cü il oktyabrın 24-də Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecin Xarici Dillər fənn birləşməsi komissiyasının müəllimi tərəfindən "We are proud of our martyrs and veterans" mövzusunda açıq dərs keçirilmişdir.

Dərsi giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov, şəhidlərimizin və müharibə veteranlarımızın önəmindən, onların Vətənimiz üçün apardığı mübarizədən bəhs edərək, gənclərin bu mövzuda maariflənməsinin vacibliyini vurğuladı.
Daha sonra müəllim, dərsin məzmunu ilə tanış edərək, müstəqil Azərbaycanın azadlığı uğrunda canlarını fəda edənlərin qəhrəmanlıqlarını, müharibə veteranlarının rolunu və cəmiyyətimizdəki yerini təqdim etdi. Tələbələrə şəhidlərin və veteranların həyatından real nümunələr və onların gördüyü işlər haqqında məlumatlar verildi.
Dərs ərzində tələbələr aktiv iştirak edərək, öz fikirlərini bölüşdü və suallar verdilər. Bu açıq dərs, tələbələrdə Vətənə sevgi, şəhidlərimizə hörmət və dövlətçilik anlayışının əhəmiyyətini bir daha xatırlatdı.