Xəbərlər

24.10.2024-də Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecin TGT üzvləri Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə Naxçıvan Qala Tarix-Memarlıq Muzey Kompleksinə ekskursiyada olmuşlar

Slide 1
Slide 2

  • 2024-cü il oktyabrın 24-də Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecin Tələbə Gənclər Təşkilatının üzvləri Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə Naxçıvan Qala Tarix-Memarlıq Muzey Kompleksinə ekskursiyada olmuşlar.
    Ekskursiya zamanı muzey bələdçisi tələbələrə Naxçıvan Qalanın tarixi və onun strateji əhəmiyyəti haqqında geniş məlumat verib. Bələdçi, qalada aparılan arxeoloji qazıntılar nəticəsində üzə çıxarılmış tarixi abidələr və maddi mədəniyyət nümunələri barədə danışaraq, bu tapıntıların Naxçıvanın qədim dövrlərdən olan tarixini necə işıqlandırdığını izah edib.
    Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının yaradılması, onun dövlətçilik tarixindəki rolu və 100 illik inkişaf yolu haqqında da məlumat verilib.