24 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Xarici Dillər fənn birləşməsi komissiyasının sədri tərəfindən COP29 mövzusunda açıq dərs təşkil edilmişdir.

Açıq dərsi giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov çıxışında, COP29-un əhəmiyyəti barədə danışaraq, bu cür dərslərin tələbələrin ekoloji maarifləndirilməsində mühüm rol oynadığını vurğuladı. O, eyni zamanda, qlobal iqlim dəyişikliyinin yaratdığı problemlərə toxunaraq, gənclərin bu mövzuda fəal iştirakının vacibliyini qeyd etdi.
Dərs zamanı tələbələrə COP29-un məqsədləri, əhəmiyyəti və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində görülən tədbirlər haqqında geniş məlumat verilmişdir. Açıq dərs, tələbələr tərəfindən maraqla qarşılanmış və interaktiv müzakirələr ilə yadda qalmışdır.