23 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecin Humanitar fənn birləşməsi komissiyasının sədri kollecin tələbələri ilə birlikdə Şəhidlər Xiyabanı və Xatirə Muzeyini ziyarət ediblər.
23 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecin Humanitar fənn birləşməsi komissiyasının sədri kollecin tələbələri ilə birlikdə Şəhidlər Xiyabanı və Xatirə Muzeyini ziyarət ediblər. Ziyarət zamanı tələbələr, şəhidlərin xatirəsini anmaqla yanaşı, Vətənə olan sevgilərini və milli dəyərləri daha dərindən anlamaq imkanı əldə ediblər. Bu tədbir, gənclərin tarixi irsimizi tanıması və şəhidlərimizin əziz xatirəsini yaşatması baxımından mühüm əhəmiyyət kəsb edir.