23 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən marifləndirici tədbir keçirilib.
23 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən marifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov əvvəlcə qonaqları salamlayıb və daha sonra tələbələri fövqəladə hallar və təhlükəsizlik tədbirləri barədə məlumatlandırıb.
Tədbirin davamında nazirlik əməkdaşları çıxış edərək, fövqəladə halların baş vermə ehtimalları, bu hallara hazırlıq və müdafiə tədbirləri haqqında ətraflı məlumat verdilər. Onlar iştirakçılara bu sahədə biliklərini artırmaları üçün praktiki tövsiyələr təqdim etdilər. Çıxışlar zamanı tələbələr aktiv şəkildə suallar verərək müzakirələrə qoşuldular.
Tədbir, iştirakçılara fövqəladə hallarla mübarizə mövzusunda geniş anlayış verməklə yanaşı, onların təhlükəsizlik biliklərini artırmağa yönəlmiş oldu. Nəticədə, tələbələrə bu sahədəki bilik və bacarıqlarını inkişaf etdirmək imkanı yaradıldı.