Xəbərlər

22 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində kollecin Xarici dillər fənn birləşməsi komissiyasının sədri və tələbələr üçün maarifləndirici film nümayiş etdirilib.

Slide 1

22 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində kollecin Xarici dillər fənn birləşməsi komissiyasının sədri və tələbələr üçün maarifləndirici film nümayiş etdirilib.

22 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində kollecin Xarici dillər fənn birləşməsi komissiyasının sədri və tələbələr üçün maarifləndirici film nümayiş etdirilib. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən istehsal olunan "Biz" adlı tarixi-sənədli film 2021-ci ildə çəkilib və Azərbaycanın 44 günlük Vətən müharibəsinə həsr olunub.

Filmin ideya müəllifi və rejissoru Orman Əliyev, prodüseri isə "Azərbaycanfilm"in direktoru Fariz Əhmədovdur. Filmin operatorları Əli Əliyev və Ziya Babayevin peşəkar işi ilə ekran əsəri reallaşıb.

"Biz" sənədli filmi Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında qəhrəmancasına vuruşan Azərbaycan əsgərlərinin və arxa cəbhədəki vətənpərvər vətəndaşların rolu üzərində dayanır. Ekran əsəri müharibə zamanı fenomenə çevrilən sadə insanların və həmin anın şahidlərinin müsahibələri əsasında qurulub. Bu insanlar – əsgərlər, həkimlər, təqaüdçülər, bloqqerlər və jurnalistlər müharibənin taleyüklü hadisələrini tamaşaçıya izah edir və həmin dövrdə yaşadıqları hissləri bölüşürlər.

Nümayişin əsas məqsədi tələbələrə Azərbaycanın Vətən müharibəsi tarixi haqqında daha dərindən məlumat vermək, onların milli-mənəvi dəyərlərə bağlılığını artırmaq olub.