21 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Humanitar fənn birləşməsi komissiyasının müəllimi tərəfindən COP29 ilə bağlı açıq dərs keçirilib.
21 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Humanitar fənn birləşməsi komissiyasının müəllimi tərəfindən COP29 ilə bağlı açıq dərs keçirilib. Dərsi giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov, bu cür tədbirlərin beynəlxalq müzakirələrin və ekoloji problemlərin əhəmiyyətini artırdığını vurğuladı.
O, COP29 konfransının qlobal istiləşmə və iqlim dəyişikliyi ilə mübarizədəki rolunun vacibliyini qeyd edərək, iştirakçıları bu mövzuda daha da maarifləndirməyin əhəmiyyətini önə çəkdi. Dərs zamanı mühazirələr, müzakirələr və interaktiv fəaliyyətlər vasitəsilə iştirakçılara ətraf mühitin qorunması ilə bağlı geniş məlumat təqdim olundu.