16sentyabr tarixində,Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecində yeni dərsili ilə bağlı açılış keçirilib
Bu gün, 16 sentyabr tarixində, Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecində yeni dərs ili münasibətilə təntənəli açılış mərasimi keçirilib. Tədbirdə ilk dəfə kollecdə oxumağa başlayacaq I kurs tələbələri və onların valideynləri iştirak ediblər. Açılış mərasimində kollecin müdiri Asəf Ruşanovun rəhbərliyi altında Azərbaycan Respublikasının Konstitusiya qanununa uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Himni tədbir iştirakçıları ilə birgə səlist və aydın şəkildə oxundu. Həmçinin Dövlət rəmzləri haqqında geniş və ətraflı məlumat verildi.
Tədbirin rəsmi hissəsində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov çıxış edərək yeni dərs ilinin başlanğıcı münasibətilə iştirakçıları təbrik edib. Kollecin direktoru Asəf Ruşanov çıxışında kollecin keçmiş nailiyyətlərini və gələcək planlarını vurğulayıb, tələbələrə uğurlar arzulayıb və onların akademik fəaliyyətləri üçün motivasiya edici sözlər söyləyib.