18 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Xarici Dillər fənn birləşməsinin sədri və tələbələri şəhidimiz Məmmədzadə Pərvizin ailəsini ziyarət ediblər.

Ziyarət zamanı kollecin tələbələri şəhidimizin ailəsinə dərin ehtiramlarını bildirərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəmanların xatirəsinin daim uca tutulduğunu vurğulayıblar. Görüşdə şəhidimizin həyat yolu, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və onun Azərbaycan xalqı üçün əhəmiyyəti barədə söhbət aparılıb.
Şəhidimizin ailəsinə göstərilən diqqət və dəstək, Vətən uğrunda canından keçənlərin unudulmadığını və onların xatirəsinin hər zaman yaşadılacağını bir daha sübut edib. Tədbirin sonunda kollecin tələbələri şəhidimizim Məmmədzadə Pərvizin ailəsinə minnətdarlıqlarını ifadə edərək, onların hər zaman yanlarında olacaqlarını bildiriblər.