Xəbərlər

18 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası günü ilə bağlı tədbir keçirilib.

Slide 1
Slide 2
Slide 3

18 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası günü ilə bağlı tədbir keçirilib.

18 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının 1991-ci il 18 oktyabr tarixində müstəqilliyini bərpa etməsi və bu tarixin milli birlik və suverenlik üçün əhəmiyyəti vurğulanıb.

Tədbirin açılışında çıxış edən Kollecin direktoru Asəf Ruşanov, Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə bütün iştirakçıları təbrik edib və müstəqilliyimizin tarixi önəminə toxunaraq, bu günün xalqımız üçün əvəzolunmaz bir dəyər olduğunu bildirib.

Tədbirin davamında tələbələr tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib. Videoçarxda Azərbaycanın müstəqillik uğrunda mübarizəsi, əldə edilən nailiyyətlər və ölkənin inkişafı haqqında məlumatlar əks olunub. Tədbir iştirakçıları videoçarxı maraqla izləyərək Azərbaycanın keçdiyi çətin, lakin şərəfli yolunu bir daha xatırlayıblar.

Tədbirin sonunda müstəqillik mövzusunda gənclərin vətənpərvərlik hisslərinin daha da güclənməsi və Azərbaycanın gələcəyi naminə birgə səylərin artırılması ilə bağlı çağırışlar edilib.