16.10. 2024-cü il də Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Kənd Təsərrüfatı və İqtisadiyyat fənn birləşməsinin sədri kollecin tələbələri şəhidlərimiz Seyidov Nihat və Budaqov Ruslanın məzarını ziyarət ediblər
16 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Kənd Təsərrüfatı və İqtisadiyyat fənn birləşməsinin sədri kollecin tələbələri şəhidlərimiz Seyidov Nihat və Budaqov Ruslanın məzarını ziyarət ediblər.
Ziyarət zamanı tələbələr şəhidlərin xatirəsini ehtiramla anmış, onların cəsarətini və Vətən uğrunda apardıqları mübarizəni vurğulayıblar. Şəhidlərin məzarına gül qoyaraq, onların ruhunun şad olması üçün dualar ediblər. Tələbələr, şəhidlərin ailələrinə başsağlığı verərək, onların qahramanlıqlarının gənc nəsil üçün örnək olduğunu qeyd ediblər.