Xəbərlər

18 aprel 2026-cı il tarixdə ali və orta ixtisas təhsili müəssisələrinin qız tələbələri arasında badminton idman növü üzrə maraqlı və rəqabətli yarış keçirilmişdir.

18 aprel 2026-cı il tarixdə ali və orta ixtisas təhsili müəssisələrinin qız tələbələri arasında badminton idman növü üzrə maraqlı və rəqabətli yarış keçirilmişdir.

18 aprel 2026-cı il tarixdə ali və orta ixtisas təhsili müəssisələrinin qız tələbələri arasında badminton idman növü üzrə maraqlı və rəqabətli yarış keçirilmişdir. Yarışın təşkilində əsas məqsəd tələbələrin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği, həmçinin gənclər arasında idmana marağın artırılması olmuşdur.
Tədbirdə müxtəlif təhsil müəssisələrini təmsil edən tələbələr iştirak etmiş, iştirakçılar arasında güclü rəqabət müşahidə olunmuşdur. Yarış boyunca idmançıların yüksək hazırlıq səviyyəsi, çevikliyi və mübarizə əzmi diqqət çəkmişdir.
Sevindirici haldır ki, Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri də bu yarışda uğurla çıxış etmişlər. Belə ki, kollecimizin tələbəsi Abdullazadə Sevgi yüksək nəticə göstərərək II yerə layiq görülmüş, Bayramzadə Aytac isə III yeri qazanaraq kollecin idman sahəsindəki nailiyyətlərinə öz töhfəsini vermişdir.
Qaliblər diplom və mükafatlarla təltif olunmuş, onların bu uğuru həm müəllim heyəti, həm də tələbə yoldaşları tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanmışdır.
Bu cür yarışların keçirilməsi tələbələrin fiziki inkişafına müsbət təsir göstərməklə yanaşı, onların komandada işləmək bacarıqlarını artırır, rəqabət ruhunu gücləndirir və gələcək uğurlara stimul verir.