Xəbərlər

Ümumtəhsil və texniki ixtisaslar fənlər birləşməsi komissiyasının kimya müəllimi təhsilin keyfiyyətinin artırılması məqsədilə növbəti praktiki dərs keçmişdir.

Slide 1
Slide 2
Slide 3

Ümumtəhsil və texniki ixtisaslar fənlər birləşməsi komissiyasının kimya müəllimi təhsilin keyfiyyətinin artırılması məqsədilə növbəti praktiki dərs keçmişdir.

17 aprel 2026-cı il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və texniki ixtisaslar fənlər birləşməsi komissiyasının kimya müəllimi təhsilin keyfiyyətinin artırılması məqsədilə növbəti praktiki dərs keçmişdir. Dərsin əsas məqsədi tələbələrin nəzəri biliklərini möhkəmləndirmək və laborator bacarıqlarını inkişaf etdirmək olmuşdur.
Dərs zamanı maddələrin keyfiyyətcə təyini və kimyəvi xassələrinin öyrənilməsi üçün müxtəlif analitik reaksiyalardan istifadə edilmişdir. Hidrogen peroksidin kalium yodid iştirakı ilə katalitik parçalanması nəticəsində oksigen ayrılması və köpük əmələ gəlməsi müşahidə olunmuşdur. Nişastanın yod məhlulu ilə təyinində göy-qara rəngin yaranması onun mövcudluğunu təsdiq etmişdir. Qliserinin Cu(OH)₂ ilə reaksiyası nəticəsində tünd mavi kompleksin alınması çoxatomlu spirtlər üçün xarakterik xüsusiyyəti göstərmişdir. Fenolftalein indikatoru vasitəsilə qələvi mühitin çəhrayı rəngə çevrilməsi müəyyən edilmiş, C vitamininin reduksiyaedici xassələri isə yod və KMnO₄ məhlullarının rəngsizləşməsi ilə təsdiqlənmişdir.
Aparılan bu təcrübələr maddələrin identifikasiyası və kimyəvi xassələrinin müəyyən olunmasında mühüm əhəmiyyət kəsb etmiş, tələbələrin praktik və analitik düşünmə bacarıqlarının inkişafına töhfə vermişdir.