Xəbərlər

Səməd Vurğunun 120 illik yubileyi münasibətilə kollecin kitabxanasında geniş və mənalı tədbir keçirilmişdir.

Səməd Vurğunun 120 illik yubileyi münasibətilə kollecin kitabxanasında geniş və mənalı tədbir keçirilmişdir.

15 aprel 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Humanitar fənlər birləşməsi komissiyasının müəllimlərinin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Səməd Vurğunun 120 illik yubileyi münasibətilə kollecin kitabxanasında geniş və mənalı tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi şairin zəngin ədəbi irsini tələbələrə daha yaxından tanıtmaq, onun yaradıcılığına olan marağı artırmaq və milli ədəbiyyatımıza verdiyi töhfələri bir daha xatırlatmaq olmuşdur.
Tədbiri giriş sözü ilə açan müəllimlər Səməd Vurğunun həyat və yaradıcılığı haqqında ətraflı məlumat vermiş, onun Azərbaycan poeziyasında tutduğu mövqedən bəhs etmişlər. Bildirilmişdir ki, şairin əsərləri vətənpərvərlik, insan sevgisi, yüksək mənəvi dəyərlər və milli ruhla zəngindir.
Xüsusilə “Vaqif”, “Azərbaycan” və digər ölməz əsərləri böyük maraq və alqışla qarşılanmışdır. Tədbir zamanı şairin yaradıcılığını əks etdirən kitab sərgisi də təşkil olunmuş, iştirakçılar sərgi ilə yaxından tanış olmuşlar.
Eyni zamanda çıxış edənlər Səməd Vurğunun Azərbaycan ədəbiyyatının inkişafında oynadığı rolu vurğulamış, onun əsərlərinin bu gün də aktuallığını qoruduğunu qeyd etmişlər. Şairin irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyi xüsusi olaraq diqqətə çatdırılmışdır.
Sonda tədbir iştirakçıları belə tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətini vurğulamış, Səməd Vurğunun zəngin yaradıcılığının hər zaman böyük sevgi və ehtiramla yad ediləcəyini bildirmişlər.