Xəbərlər

“Bitkiçilikdə istifadə olunan müasir metodlar” mövzusunda dərs təşkil edilmişdir.

Slide 1
Slide 2
Slide 3
Slide 4

“Bitkiçilikdə istifadə olunan müasir metodlar” mövzusunda dərs təşkil edilmişdir.

15 aprel 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və texniki ixtisaslar fənlər birləşməsi komissiyasının müəllimi təşəbbüsü ilə tədrisin keyfiyyətinin artırılması, tələbələrin nəzəri biliklərinin praktik fəaliyyətlə əlaqələndirilməsi məqsədilə Naxçıvan Dövlət Universitetinin Bioresurslar İnstitutunun Nəbatat Bağında “Bitkiçilikdə istifadə olunan müasir metodlar” mövzusunda dərs təşkil edilmişdir.
Tədris prosesində tələbələrə bitkiçilik sahəsində tətbiq olunan müasir aqrotexniki üsullar, innovativ becərmə texnologiyaları, resurslardan səmərəli istifadə prinsipləri, eləcə də ekoloji cəhətdən dayanıqlı kənd təsərrüfatı metodları haqqında ətraflı və sistemli məlumatlar verilmişdir. Xüsusilə seleksiya və sort seçimi, gübrələmə strategiyaları, torpağın münbitliyinin qorunması və bioloji mübarizə üsulları kimi aktual məsələlər izah olunmuşdur.
Dərs interaktiv formada təşkil olunmuş, tələbələrin fəal iştirakı təmin edilmiş, onların sualları cavablandırılmış və müzakirələr aparılmışdır. Nəbatat Bağının zəngin bitki müxtəlifliyi dərsin əyani və praktik əhəmiyyətini artıraraq tələbələrin mövzunu daha dərindən mənimsəməsinə şərait yaratmışdır.