Xəbərlər

Naxçıvan Dövlət Texniki Kollecində görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilmişdir.

Slide 1
Slide 2
Slide 3
Slide 4

Naxçıvan Dövlət Texniki Kollecində görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilmişdir.

15 aprel 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilmişdir. Bu tədbir Zərifə xanım Əliyevanın Azərbaycan elmi və səhiyyəsi qarşısındakı misilsiz xidmətlərini yad etmək məqsədi daşımışdır.

Tədbirin əvvəlində Kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov çıxış edərək Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən, onun Azərbaycan oftalmologiya məktəbinin inkişafındakı rolundan danışmış, Zərifə xanımın yüksək peşəkarlığı, insanpərvərliyi və elmə olan fədakarlığını xüsusilə vurğulamışdır. O, Zərifə xanımın yalnız bir həkim deyil, həm də böyük bir alim və ictimai xadim olduğunu qeyd etmişdir.

Daha sonra Kollecin Azərbaycan dili - ədəbiyyat və tarix müəllimləri də çıxışlar edərək Zərifə xanım Əliyevanın zəngin irsini müxtəlif aspektlərdən işıqlandırmışlar. Zərifə xanımın şəxsiyyətinin bütövlüyünü, onun ziyalı obrazını, nümunəvi həyat yolunu bədii ifadələrlə təqdim etmişlər.
Tədbirin sonunda mövzu ilə bağlı hazırlanmış videoçarx təqdim edilmişdir. Videoçarxda Zərifə xanım Əliyevanın həyatının əsas məqamları, elmi fəaliyyəti, nadir arxiv fotoları və onun haqqında deyilmiş dəyərli fikirlər əks olunmuşdur. Bu videoçarx iştirakçılara Zərifə xanımın şəxsiyyətini daha yaxından tanımaq imkanı vermişdir.

Bu cür anım tədbirlərinin keçirilməsinin əhəmiyyəti böyükdür. Zərifə xanım Əliyeva kimi parlaq şəxsiyyətlərin həyat yolu tələbələr üçün elmə, biliyə, vətənə və insanlara xidmətə ruhlandıran bir nümunədir. Bu tədbirlər milli dəyərlərimizin və mədəni irsimizin qorunub saxlanılmasına, gələcək nəsillərə ötürülməsinə xidmət edir. Zərifə xanım Əliyevanın adı Azərbaycan elminin və səhiyyəsinin şanlı səhifələrindən biridir və onun xatirəsinin daim əziz tutulması hər bir azərbaycanlının mənəvi borcudur.