Xəbərlər

Naxçıvan Dövlət Texniki Kollecində yazıçı Səriyyə Salahovanın “Vətənimin qızıyam”, “Qəhrəmanlıq salnaməsi yaradanlar” və “Qəhrəmanlıq salnaməsinin davamçıları” adlı kitablarının təqdimatı keçirilib.

Slide 1
Slide 2
Slide 3
Slide 4
Slide 5

Naxçıvan Dövlət Texniki Kollecində yazıçı Səriyyə Salahovanın “Vətənimin qızıyam”, “Qəhrəmanlıq salnaməsi yaradanlar” və “Qəhrəmanlıq salnaməsinin davamçıları” adlı kitablarının təqdimatı keçirilib.

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində yazıçı Səriyyə Salahovanın “Vətənimin qızıyam”, “Qəhrəmanlıq salnaməsi yaradanlar” və “Qəhrəmanlıq salnaməsinin davamçıları” adlı kitablarının təqdimatı keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov çıxış edərək təqdim olunan kitabların əhəmiyyətindən ətraflı bəhs edib, bu cür layihələrin cəmiyyət üçün vacibliyini vurğulayıb.
O, müəllifi təbrik edərək belə əsərlərin ərsəyə gəlməsinin böyük zəhmət və məsuliyyət tələb etdiyini qeyd edib. Bildirib ki, qəhrəmanlıq salnaməsi mövzusunda yazılan kitablar xalqımızın yaddaşının qorunması, gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu cür nəşrlər gənclərin vətənpərvərlik ruhunda formalaşmasına, milli-mənəvi dəyərlərin təbliğinə mühüm töhfə verir. Asəf Ruşanov qeyd edib ki, bu gün Aprel döyüşlərinin qəhrəmanları ehtiramla yad olunur.Azərbaycan xalqı uzun illər işğal altında qalan torpaqlarını geri qaytararaq tarixi ədaləti bərpa edib.
Daha sonra Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri tərəfindən hazırlanmış, yazıçı Səriyyə Salahovanın yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda müəllifin qələmə aldığı əsərlərin mövzusu və əsas ideyası əks olunub. Qeyd edilib ki, bu cür təqdimatlar yazıçının yaradıcılığının daha geniş auditoriyaya çatdırılması, onun əsərlərində əks olunan ideyaların təbliği və oxucu marağının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov bildirib ki, bu gün keçirilən təqdimat adi bir tədbir deyil, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinə həsr olunmuş mühüm bir mərasimdir.