Xəbərlər

31 mart 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib.

Slide 1
Slide 2
Slide 3
Slide 4

Tədbir Ulu öndər Heydər Əliyevin və Azərbaycan xalqının tarixində dərin iz buraxmış faciə qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov 31 Mart soyqırımının mahiyyəti, xalqımızın üzləşdiyi ağır faciələr və bu hadisələrin tarixi əhəmiyyəti haqqında geniş məlumat verib. O qeyd edib ki, bu faciələr xalqımızın yaddaşında silinməz iz buraxıb və gələcək nəsillərə ötürülməsi vacibdir.
Daha sonra kollecin tarix müəllimləri çıxış edərək 1918-ci ilin mart hadisələri, azərbaycanlılara qarşı törədilmiş qırğınlar və xalqımızın yaşadığı ağır faciələr haqqında ətraflı danışıblar.
Bədii hissə
Tədbirin bədii hissəsində kollecin tələbələri tərəfindən hazırlanmış şeirlər səsləndirilib.
Ardınca mövzuya uyğun hazırlanmış videoçarx nümayiş etdirilib.
Tədbir iştirakçıların dərin hüzn və ehtiram hissi ilə başa çatıb.