Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəlliminin təşəbbüsü ilə “Novruzun İşığında Milli Dəyərlərimiz” adlı maarifləndirici tədbir təşkil edilmişdir.
17 mart 2026-cı il tarixdə Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəlliminin təşəbbüsü ilə “Novruzun İşığında Milli Dəyərlərimiz” adlı maarifləndirici tədbir təşkil edilmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd xalqımızın qədim bayramı olan Novruz bayramının tarixi kökləri, milli-mənəvi dəyərlərimizdə tutduğu mühüm yer, adət-ənənələrimiz və gənc nəslin bu dəyərlərin qorunması istiqamətində rolunun izah edilməsi olmuşdur. Tədbir zamanı Novruzun yaranma tarixi, xalq arasında formalaşmış mərasim və inanclar, çərşənbə ənənələri, həmçinin bayramın birlik, həmrəylik və yenilənmə rəmzi olması haqqında geniş məlumat verilmişdir.
Maarifləndirici çıxışlarda vurğulanmışdır ki, Novruz yalnız mövsüm bayramı deyil, həm də xalqımızın milli kimliyini, mədəni irsini və mənəvi dəyərlərini yaşadan mühüm bir ənənədir. Tədbir iştirakçıları ilə mövzu ətrafında fikir mübadiləsi aparılmış, Novruzun gənclər arasında daha geniş təbliğinin əhəmiyyəti qeyd edilmişdir.


