16 mart 2026-cı il tarixində Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümuimtəhsil texniki fənnlər birləşməsi müəllimlərinin təşəbbüsü ilə “Memarlıq və şəhərsalmanın inkişaf yolu” mövzusunda dəyirmi masa təşkil olunmuşd
16 mart 2026-cı il tarixində Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümuimtəhsil texniki fənnlər birləşməsi müəllimlərinin təşəbbüsü ilə “Memarlıq və şəhərsalmanın inkişaf yolu” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.
Tədbir Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən göndərilmiş müvafiq məktuba əsasən keçirilmiş və Birləşmiş Millətlər Təşkilatı tərəfindən təşkil olunan Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində aparılan maarifləndirmə və təbliğat tədbirlərinə dəstək məqsədi daşıyır.
Dəyirmi masa zamanı memarlıq irsinin qorunması, şəhərsalmanın inkişaf mərhələləri və tarixi abidələrin gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılmışdır. Tədbir çərçivəsində tələbələr tərəfindən hazırlanmış memarlıq abidələrinin maketləri və müxtəlif əl işləri nümayiş etdirilmişdir.
Xüsusilə Möminə Xatun türbəsi və Naxçıvan qalası kimi tarixi memarlıq nümunələrinin maketləri iştirakçıların böyük marağına səbəb olmuşdur.
Tədbirin keçirilməsi tələbələrdə memarlıq və şəhərsalma sahəsinə marağın artırılması, milli memarlıq irsinin qorunması və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.


