03 aprel 2026-cı il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 2016-cı il Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilmişdir.
03 aprel 2026-cı il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 2016-cı il Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov Aprel döyüşlərinin əhəmiyyətindən, Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan və əldə olunan uğurlardan geniş bəhs etmişdir. O, bu şanlı qələbənin xalqımızın birliyinin, dövlətimizin gücünün və ordumuzun qüdrətinin bariz nümunəsi olduğunu vurğulamışdır.
Daha sonra kollecin müəllimləri çıxış edərək Aprel döyüşlərinin tarixi əhəmiyyəti, şəhidlərimizin qəhrəmanlığı və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi barədə fikirlərini bölüşmüşlər.
Tədbirin bədii hissəsində isə tələbələr tərəfindən hazırlanmış mahnılar, şeirlər, monoloqlar təqdim olunmuş, həmçinin Aprel döyüşlərinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış və vətənpərvərlik ruhunun daha da gücləndirilməsinə xidmət etmişdir.