Naxçıvan Dövlət Texniki Kollecinin Ümumi Təhsil Texniki Fənlər birləşməsinin müəllimlərinin təşəbbüsü ilə “Memarlıq və şəhərsalma ili” çərçivəsində tələbələr arasında “Milli irsimizi qoruyaq” adlı interaktiv oyun keçirilmişdir.
11 mart 2026-cı il tarixində Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumi Təhsil Texniki Fənlər birləşməsinin müəllimlərinin təşəbbüsü ilə “Memarlıq və şəhərsalma ili” çərçivəsində tələbələr arasında “Milli irsimizi qoruyaq” adlı interaktiv oyun keçirilmişdir.
Yarış başlamazdan əvvəl kollecin direktoru Asəf Ruşanov çıxış edərək memarlıq irsinin qorunmasının və gənc nəslə tanıdılmasının vacibliyini vurğuladı. Daha sonra müəllimlər yarışın qaydaları haqqında tələbələrə məlumat verərək interaktiv oyunu başladılar.
Tədbirin məqsədi tələbələrin Azərbaycan memarlıq irsi haqqında biliklərini artırmaq, tarixi abidələrimizin əhəmiyyətini onlara daha yaxından tanıtmaq idi. Oyun zamanı iştirakçılara memarlıq abidələrimizin hansı əsrə aid olduğu, harada yerləşdiyi, kim tərəfindən və neçənci ildə inşa edildiyi ilə bağlı müxtəlif suallar təqdim olundu.
Tədbir tələbələrin böyük marağı ilə qarşılandı və onların milli-mədəni irsimizə olan diqqətinin artırılmasına töhfə verdi.