Xəbərlər

Bayramınız mübarək!

Slide 1

Bayramınız mübarək!

Cəmiyyətimizin inkişafında, ailə dəyərlərinin qorunmasında və gələcək nəslin tərbiyəsində qadınların rolu əvəzsizdir. Qadınlar öz zəhməti, biliyi və fədakarlığı ilə həyatımızın hər sahəsinə gözəllik, mərhəmət və uğur gətirirlər. Təhsil sahəsində çalışan xanımlar isə xüsusilə gənc nəslin formalaşmasında, onların savadlı və vətənpərvər ruhda yetişməsində böyük xidmətlər göstərirlər.
Naxçıvan Dövlət Texniki Kollecinin kollektivi adından bütün xanım müəllimləri, əməkdaşları və tələbələri bu əlamətdar bayram münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti, iş həyatlarında uğurlar və daim xoşbəxt günlər arzulayırıq.
Qoy həyatınız həmişə sevinc, hörmət və diqqətlə əhatə olunsun. Bayramınız mübarək! 🌸🌷💐