Xəbərlər

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və texniki ixtisaslar fənn birləşməsi komissiyasının təşəbbüsü ilə “SmartLife – Texnologiya və Həyatın Birləşməsi” adlı təqdimat keçirilmişdir.

Slide 1
Slide 2
Slide 3
Slide 4

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və texniki ixtisaslar fənn birləşməsi komissiyasının təşəbbüsü ilə “SmartLife – Texnologiya və Həyatın Birləşməsi” adlı təqdimat keçirilmişdir.

5 mart 2026-cı il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və texniki ixtisaslar fənn birləşməsi komissiyasının təşəbbüsü ilə “SmartLife – Texnologiya və Həyatın Birləşməsi” adlı təqdimat keçirilmişdir.
Tədbir Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən göndərilmiş müvafiq məktuba əsasən təşkil olunmuş və Birləşmiş Millətlər Təşkilatı tərəfindən keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində aparılan maarifləndirmə və təbliğat tədbirləri istiqamətində həyata keçirilmişdir.
Təqdimat zamanı müasir texnologiyaların insan həyatında rolu, ağıllı sistemlərin gündəlik həyatın müxtəlif sahələrində tətbiqi və innovativ həllərin əhəmiyyəti haqqında məlumat verilmişdir. Tədbir çərçivəsində iştirakçılar tərəfindən “Smart Lift Mini Platforması” adlı layihə təqdim olunmuşdur.
Layihədə ağıllı texnologiyaların tətbiqi ilə lift sistemlərinin daha təhlükəsiz, səmərəli və istifadəçi yönümlü idarə olunması imkanları izah edilmişdir. Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanmış, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.
Keçirilən tədbir müasir texnologiyaların inkişafı, innovativ düşüncənin təşviqi və şəhər mühitində ağıllı həllərin tətbiqi istiqamətində maarifləndirici əhəmiyyət daşıyır.