Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və texniki ixtisaslar fənlər birləşməsi komissiyasının təşəbbüsü ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Təhsilli Qadın – Güclü Cəmiyyət” adlı dəyirmi masa təşkil edilmişdir.
5 mart 2026-cı il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və texniki ixtisaslar fənlər birləşməsi komissiyasının təşəbbüsü ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Təhsilli Qadın – Güclü Cəmiyyət” adlı dəyirmi masa təşkil edilmişdir.
Tədbirin açılışını kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov edərək iştirakçıları salamlamış və qadınların cəmiyyətin inkişafında, xüsusilə də təhsil və elm sahəsində mühüm rol oynadıqlarını qeyd etmişdir. O, Azərbaycan qadınının tarix boyu milli-mənəvi dəyərlərin qorunmasında, gənc nəslin tərbiyəsində və ictimai həyatın müxtəlif sahələrində fəal iştirak etdiyini vurğulamışdır.
Tədbir çərçivəsində kollecin fəal və nümunəvi qız tələbələri – C. Rəhimə, Ş. Gülüstan, A. Xədicə,
İ.Gülay və Ə. Nuray çıxış edərək motivasiyaedici fikirlər səsləndirmişlər. Onlar təhsilin insan həyatında mühüm rolundan, məqsədyönlü çalışmağın və daim öz üzərində işləməyin uğura aparan əsas yol olduğunu qeyd etmiş, xüsusilə gənc qızların elmə və bilik əldə etməyə daha çox maraq göstərmələrinin vacibliyini vurğulamışlar.
Daha sonra çıxış edən müəllim və tələbələr Azərbaycan qadınının zəngin mənəvi irsindən, eləcə də elm, mədəniyyət və ictimai həyatda mühüm iz qoymuş ziyalı qadınların fəaliyyətindən bəhs etmişlər. Qeyd olunmuşdur ki, təhsilli qadın yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin inkişafına töhfə verən əsas qüvvələrdən biridir.
Dəyirmi masa interaktiv müzakirələrlə davam etmiş, iştirakçılar tərəfindən qadın təhsilinin inkişafı və gənc qızların cəmiyyət həyatında fəal iştirakının təşviqi istiqamətində fikir mübadiləsi aparılmışdır.



