“İstilik təchizatı və istilik texnikası avadanlıqları” ixtisası üzrə təhsil alan tələbələr üçün “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni çərçivəsində Ədəbiyyat Muzeyinə dərsdənkənar məşğələ təşkil olunmuşdur.
05 mart 2026-cı il tarixində II kurs “İstilik təchizatı və istilik texnikası avadanlıqları” ixtisası üzrə təhsil alan tələbələr üçün “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni çərçivəsində Ədəbiyyat Muzeyinə dərsdənkənar məşğələ təşkil olunmuşdur.
Dərsdənkənar məşğələ çərçivəsində tələbələrlə birlikdə Azərbaycan Ədəbiyyatı Muzeyinə maarifləndirici ekskursiya həyata keçirilmişdir. Ekskursiya zamanı tələbələr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılığı, milli ədəbi irsimiz, tarixi eksponatlar və muzeyin zəngin ekspozisiyası ilə yaxından tanış olmuşlar.
Məşğələ müddətində tələbələrə Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri, klassik və müasir ədiblərin ədəbi irsinin əhəmiyyəti barədə ətraflı məlumat verilmiş, onların sualları cavablandırılmışdır.
Təşkil olunan bu maarifləndirici ekskursiya tələbələrin ədəbiyyata və milli mədəniyyətimizə marağının artırılmasına, dünyagörüşlərinin genişlənməsinə, eyni zamanda milli-mənəvi dəyərlərə hörmət və bağlılıq hissinin daha da gücləndirilməsinə mühüm töhfə vermişdir.


