Naxçıvan Dövlət Texniki Kolleci ilə əməkdaşlıq çərçivəsində “Baytarlıq” ixtisasının II kurs tələbələri üçün “Alman dilində işgüzar və akademik kommunikasiya” fənni üzrə növbəti auditoriyadankənar dərs keçirilmişdir.
05 mart 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetində Naxçıvan Dövlət Texniki Kolleci ilə əməkdaşlıq çərçivəsində “Baytarlıq” ixtisasının II kurs tələbələri üçün “Alman dilində işgüzar və akademik kommunikasiya” fənni üzrə növbəti auditoriyadankənar dərs keçirilmişdir.
Dərs universitetin Xarici dillər fakültəsinin Linqafon mərkəzində təşkil olunmuşdur.
Tədbirin əsas məqsədi tələbələrin alman dilində peşəkar və akademik ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi olmuşdur.
Dərs zamanı kommunikativ və interaktiv təlim metodlarından, həmçinin praktik tapşırıqlardan istifadə edilmişdir.
Keçirilən məşğələ təhsil müəssisələri arasında əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə vermişdir.
