Xəbərlər

Ümumtəhsil və texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəllimi “Lokomotiv və elektrik qatar təsərrüfatı” ixtisası üzrə II kurs tələbələri üçün “Lokomotivlərin konstruksiyası” fənnindən auditoriyadan kənar dərs keçmişdir.

Slide 1
Slide 2

Ümumtəhsil və texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəllimi “Lokomotiv və elektrik qatar təsərrüfatı” ixtisası üzrə II kurs tələbələri üçün “Lokomotivlərin konstruksiyası” fənnindən auditoriyadan kənar dərs keçmişdir.

04 mart 2026-cı il tarixində Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəllimi “Lokomotiv və elektrik qatar təsərrüfatı” ixtisası üzrə II kurs tələbələri üçün “Lokomotivlərin konstruksiyası” fənnindən auditoriyadan kənar dərs keçmişdir.
Dərs Naxçıvan Dəmir Yolları MMC-nin inzibati dəstəyi ilə Naxçıvan vağzalı ərazisində keçirilmişdir. Tədrisin real istehsalat mühitində təşkili tələbələrin nəzəri biliklərinin praktik müşahidə ilə möhkəmləndirilməsinə imkan yaratmışdır.
Dərsin mövzusu “Parovozdan müasir lokomotivlərə qədər konstruktiv təkamül” olmuşdur. Tədris prosesində lokomotiv quruluşunun tarixi inkişaf mərhələləri ardıcıllıqla təhlil edilmiş, ilk buxar lokomotivlərinin yaranması, onların texniki xüsusiyyətləri və istismar imkanları haqqında ətraflı məlumat verilmişdir. Bu kontekstdə sənaye inqilabının mühüm simalarından olan George Stephenson tərəfindən təkmilləşdirilən buxar lokomotivlərinin dəmir yolu nəqliyyatının inkişafında rolu xüsusi vurğulanmışdır.
Sonrakı mərhələdə dizel və elektrik lokomotivlərinin meydana gəlməsi, onların konstruktiv üstünlükləri, enerji səmərəliliyi və ekoloji baxımdan üstün cəhətləri müqayisəli şəkildə izah edilmişdir. Müasir dövrdə yüksək sürətli qatar sistemlərinin formalaşması, avtomatlaşdırma və rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi məsələləri də müzakirə edilmiş, yüksək texnologiyalı nəqliyyat nümunəsi kimi Shinkansen qatarları haqqında məlumat verilmişdir.
Auditoriyadan kənar dərs çərçivəsində tələbələrə lokomotivlərin konstruktiv sxemlərinin təhlili, müxtəlif modellərin texniki göstəricilərinin müqayisəsi və inkişaf mərhələlərinin sistemləşdirilməsi tapşırılmışdır. Real dəmir yolu infrastrukturu ilə tanışlıq onların peşə yönümlü bacarıqlarının inkişafına mühüm töhfə vermişdir