Xəbərlər

Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və texniki ixtisaslar fənn birləşməsi komissiyasının təşkilatçılığı ilə “Novruz və milli-mənəvi dəyərlərin qorunması” mövzusunda diskussiya keçirilmişdir.

Slide 1
Slide 2
Slide 3
Slide 4

Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və texniki ixtisaslar fənn birləşməsi komissiyasının təşkilatçılığı ilə “Novruz və milli-mənəvi dəyərlərin qorunması” mövzusunda diskussiya keçirilmişdir.

3 mart 2026-cı il tarixdə Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və texniki ixtisaslar fənn birləşməsi komissiyasının təşkilatçılığı ilə “Novruz və milli-mənəvi dəyərlərin qorunması” mövzusunda diskussiya keçirilmişdir.
Tədbiri kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov açaraq Novruz bayramının xalqımızın tarixi yaddaşında və mənəvi dünyagörüşündə xüsusi yer tutduğunu vurğulamışdır. O, milli-mənəvi dəyərlərin qorunmasının yalnız ənənələrin yaşadılması deyil, eyni zamanda gənc nəslin milli kimlik ruhunda formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etmişdir.
Diskussiya çərçivəsində Novruzun tarixi kökləri, adət-ənənələri, çərşənbələrin fəlsəfi mahiyyəti və mərasim mədəniyyətinin cəmiyyət həyatındakı rolu geniş şəkildə təhlil olunmuşdur. Çıxış edən müəllim və tələbələr Novruzun birlik, həmrəylik, humanizm və təbiətə bağlılıq kimi ali dəyərləri təcəssüm etdirdiyini bildirmiş, qloballaşma şəraitində milli irsin qorunmasının aktuallığını xüsusi olaraq vurğulamışlar.
Tədbir interaktiv müzakirə formatında davam etmiş, iştirakçıların fəal iştirakı ilə fikir mübadiləsi aparılmışdır.