Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Xarici dillər fənn birləşmə komissiyasının müəllimi tələbələr ilə birlikdə Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə Bayraq meydanını ziyarət etdilər.
26 fevral 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Xarici dillər fənn birləşmə komissiyasının müəllimi tələbələr ilə birlikdə Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə Bayraq meydanını ziyarət etdilər.
Baş əyərək göstərilən ehtiram, sükutla ifadə olunan duyğular və ürəklərdə daşınan kədər – bütün bunlar Xocalı şəhidlərinin əziz xatirəsinə sonsuz hörmətin ifadəsi idi.
Ziyarətdən sonra Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş videoçarx izlənildi. Ekranda əks olunan kadrlar auditoriyada dərin sükut yaratdı. Xarici dildə səslənən məlumatlar bir daha göstərdi ki, Xocalı həqiqətləri yalnız milli deyil, beynəlxalq səviyyədə də tanıdılmalı və unudulmamalıdır.
Xocalı faciəsi unudulmur, unudulmayacaq – çünki onu yaşadan xalqın yaddaşı və gəncliyin vicdanıdır.



