Xəbərlər

Naxçıvan Dövlət Texniki Kollecində Xarici dillər fənn birləşmə komissiyasının alman dili və ingilis dili müəllimlərinin təşəbbüsü ilə Xocalı soyqırımı mövzusunda iki dildə açıq dərs təşkil olunmuşdur.

Slide 1
Slide 2

Naxçıvan Dövlət Texniki Kollecində Xarici dillər fənn birləşmə komissiyasının alman dili və ingilis dili müəllimlərinin təşəbbüsü ilə Xocalı soyqırımı mövzusunda iki dildə açıq dərs təşkil olunmuşdur.

26 fevral 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Xarici dillər fənn birləşmə komissiyasının alman dili və ingilis dili müəllimlərinin təşəbbüsü ilə Xocalı soyqırımı mövzusunda iki dildə açıq dərs təşkil olunmuşdur.
Açıq dərsin əsas məqsədi tələbələrə Xocalı soyqırımı haqqında obyektiv və dolğun məlumat vermək, baş vermiş hadisələrin tarixi mahiyyətini izah etmək və həqiqətlərin beynəlxalq ictimaiyyətə düzgün şəkildə çatdırılmasının vacibliyini diqqətə çatdırmaq olmuşdur.
Dərs alman və ingilis dillərində aparılmaqla tələbələrin xarici dil biliklərinin təkmilləşdirilməsinə, beynəlxalq terminologiyanın mənimsənilməsinə və qlobal mövzular ətrafında sərbəst fikir mübadiləsi aparmaq bacarıqlarının inkişafına şərait yaratmışdır. Eyni zamanda, tələbələr təqdimatlar etmiş, mövzu ətrafında müzakirələr aparmış və tarixi faktlara əsaslanan çıxışlarla çıxış etmişlər.
Tədbir gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği və milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.