Xəbərlər

Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və texniki ixtisaslar fənlər birləşməsi komissiyası müəlliminin təşəbbüsü ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı – Milli Yaddaşın Sarsılmaz Səhifəsi” adlı açıq dərs təşkil edilmişdi

Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və texniki ixtisaslar fənlər birləşməsi komissiyası müəlliminin təşəbbüsü ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı – Milli Yaddaşın Sarsılmaz Səhifəsi” adlı açıq dərs təşkil edilmişdi

26 fevral 2026-cı il tarixdə Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və texniki ixtisaslar fənlər birləşməsi komissiyası müəlliminin təşəbbüsü ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı – Milli Yaddaşın Sarsılmaz Səhifəsi” adlı açıq dərs təşkil edilmişdir.
Açıq dərsin əsas məqsədi tələbələrə 1992-ci il fevralın 26-da baş vermiş faciənin tarixi-siyasi mahiyyəti, onun beynəlxalq hüquq baxımından qiymətləndirilməsi və Azərbaycan xalqının milli yaddaşında tutduğu yer haqqında ətraflı və elmi əsaslandırılmış məlumat təqdim etmək olmuşdur. Dərs zamanı hadisələrin xronologiyası, mülki əhaliyə qarşı törədilmiş zorakılıq faktları, eləcə də faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər müzakirə edilmişdir.
Tədbirdə Xocalı faciəsinin yalnız tarixi hadisə deyil, eyni zamanda milli kimliyin, vətənpərvərlik ruhunun və vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayan bir yaddaş nümunəsi olduğu vurğulanmışdır. Açıq dərs interaktiv müzakirə formatında keçirilmiş, tələbələrin mövzu ilə bağlı fikirləri dinlənilmiş və sualları cavablandırılmışdır.