26 fevral 2026-cı il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.
26 fevral 2026-cı il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov Xocalı faciəsinin tarixi əhəmiyyəti, xalqımızın yaddaşında buraxdığı dərin izlər və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi barədə geniş məlumat vermişdir.
Daha sonra kollecin tarix müəllimləri çıxış edərək Xocalı hadisələrinin başvermə səbəbləri, nəticələri və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlərdən bəhs etmişlər.
Tədbirin bədii hissəsində Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilmiş, kollecinin xor qrupu tərəfindən vətənpərvərlik mövzusunda mahnılar səsləndirilmiş, şeirlər və monoloq təqdim olunmuşdur.
Sonda faciə qurbanlarının xatirəsinə həsr olunmuş sərgi iştirakçılara təqdim edilmişdir
.