15 oktyabr 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecində fövqəladə hallarda davranış qaydaları mövzusunda tədbir keçirilib.
15 oktyabr 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecində fövqəladə halların qarşısının alınması və fövqəladə hallarda davranış qaydaları mövzusunda tədbir keçirilib.
Tədbirin açılışında Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov çıxış edərək, belə maarifləndirici tədbirlərin tələbələrin təhlükəsizlik sahəsində biliklərini artırmaq və onların fövqəladə hallara hazırlıq səviyyəsini yüksəltmək baxımından vacibliyini vurğulayıb. O, Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığın əhəmiyyətinə toxunaraq, bu kimi tədbirlərin davamlı olacağını və tələbələrin mütəxəssislərlə bilik və təcrübə mübadiləsi aparmasının önəmini qeyd edib.
Nazirliyin mütəxəssisləri tərəfindən tələbələrə fövqəladə vəziyyətlərdə təhlükəsizlik tədbirləri, ilkin yardım qaydaları və təxliyə prosedurları haqqında ətraflı məlumat verilib. Tədbirin sonunda tələbələrə maarifləndirici materiallar təqdim olunub və müzakirələr aparılıb.
Bu cür tədbirlərin keçirilməsi, tələbələrin təhlükəsizlik sahəsində məlumatlılığını artırmaqla yanaşı, onların fövqəladə hallara hazırlıq səviyyəsini də yüksəldir.