Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumi təhsil texniki fənlər birləşməsi komissiyasının sədrinin təşəbbüsü ilə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş dəyirmi masa təşkil olunmuşdur.
25 fevral 2026-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumi təhsil texniki fənlər birləşməsi komissiyasının sədrinin təşəbbüsü ilə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş dəyirmi masa təşkil olunmuşdur.
Tədbirdə kollecin direktoru Asəf Ruşanov, müəllim heyəti və tələbələr iştirak etmişlər. Çıxışlarda Xocalı soyqırımının Azərbaycan tarixində ən ağır və faciəli səhifələrdən biri olduğu qeyd edilmiş, şəhidlərimizin əziz xatirəsinin daim ehtiramla anıldığı vurğulanmışdır.
Dəyirmi masa çərçivəsində faciənin tarixi mahiyyəti, beynəlxalq hüquqi-siyasi qiymətləndirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi diqqətə çatdırılmışdır. Tələbələr mövzu ətrafında çıxış edərək öz fikirlərini bölüşmüşlər.