Xəbərlər

Ümumtəhsil və texniki ixtisaslar fənn birləşməsi komissiyası müəlliminin təşəbbüsü ilə 26 Fevral – Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Xocalı Həqiqətlərinin Səsi” adlı açıq dərs keçirilmişdir.

Slide 1

Ümumtəhsil və texniki ixtisaslar fənn birləşməsi komissiyası müəlliminin təşəbbüsü ilə 26 Fevral – Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Xocalı Həqiqətlərinin Səsi” adlı açıq dərs keçirilmişdir.

25 fevral 2026-cı il tarixdə Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və texniki ixtisaslar fənn birləşməsi komissiyası müəlliminin təşəbbüsü ilə 26 Fevral – Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Xocalı Həqiqətlərinin Səsi” adlı açıq dərs keçirilmişdir. Tədbir Azərbaycan Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq təşkil olunmuşdur.
Açıq dərs Ümummilli Lider Heydər Əliyevin, Vətən uğrunda canından keçmiş şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Daha sonra kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov çıxış edərək Xocalı soyqırımının Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri olduğunu vurğulamış, gənclərin tarixi həqiqətləri dərindən bilməsinin və milli yaddaşın qorunmasının vacibliyini qeyd etmişdir.
Dərs zamanı Xocalı faciəsinin başvermə səbəbləri, 1992-ci ilin 25-dən 26-na keçən gecə dinc əhaliyə qarşı törədilmiş amansız qətliamın miqyası, hadisənin beynəlxalq hüquq normaları baxımından qiymətləndirilməsi və dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilmişdir. Mövzu ətrafında təqdimatlar nümayiş etdirilmiş, tələbələrlə fikir mübadiləsi aparılmış və onların sualları cavablandırılmışdır